!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dostu "qanuni oğru"nu bıçaqladı - "Lotu Quli"dən şok qərar

!Reklam – Yazi

Bir neçə gün öncə azərbaycanlı “qanuni oğru” Rəşad İsmayılovun taleyi onu bir daha sınayıb.

Yenicag.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, kriminal aləmdə Rəşad Gəncinski kimi tanınan “qanuni oğru” Abxaziyada aldığı qüllə yaraları sağalmamış yenidən tibbi xidmətə müraciət etməli olub. Bu dəfə qüllə deyil, bıçaq yarası alan Rəşad xəstəxanaya yerləşdirilməyib. Belə ki, ona qəsd edənin məqsədi öldürmək olmayıb.

Məlumata görə, İsmayılovu bıçaqla İlham Hacıyev yaralayıb. Buna səbəb isə “qanuni oğru” tərəfindən öz ünvanına edilən hansısa ədəbsizlik olub. Dava masa arxasında tam “qanuni oğru” Qulinin gözləri qarşısında baş verib. Onun sözü ilə dərhal baş tutan barışıq Rəşadın nüfuzuna daha böyük zərbə vurub, İlhama isə əlavə xal qazandırıb.

Oktyabrda Quli azadlığa çıxdıqdan sonra onun şərəfinə keçirilən mərasimlər ara vermir. Onu əyləndirmək üçün hər cürə üsuldan istifadə olunur. Deyilənlərə görə, içkili olan “oğru”lar bir-birlərilə dava edirlər, səhər olanda isə ayılıb barışırlar.

“Oğru”ların bir-birlərinə əl qaldırmaq hüququ var. Lakin “oğru” olmayanlar üçün bu ucuz başa gəlmir. Təbii ki əgər həmin şəxs Qulinin dostu deyilsə. Belə ki, Qulinin dostlarını bütün “qardaş” adlandırdıqlarından daha üstün tutduğu deyilir. Dostlarını Quli hətta “oğru”ların belə “ayağına vermir”. İlham hələ ki “oğru” deyil, lakin Rəşaddan fərqli olaraq Qulinin dostudur.

Məlumdur ki, Quli heç də həmişə Rəşadı qəbul etməyib. Bu gün də Rəşad yalnız Qulinin icazəsilə “oğurluq edir”. Qulinin bu yaxınlarda “Rəşadı Gəncədən məsul şəxs kimi təyin etmək” ifadəsi də Rəşadın nüfuzuna zərbə vurub. İlham isə həmişə Qulinin etimadından yararlanıb. Böyük ehtimalla, o, Qulinin gələcəkdə “taclandıracaqları” arasında ilk sıralarda olacaq.

www.yenicag.az

8361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv