Reklam: High Technic
hightechnic

Dostunun başını çəkiclə əzdi - VİDEO

Bakıda Pakistan vətəndaşı həmyerlisi olan dostuna paxıllıq etdiyi üçün çəkiclə ona xəsarətlər yetirib.

Yenicag.az xəbər verir ki, Suraxanı rayonunda Pakistan vətəndaşları arasında dava baş verib. 2009-cu ildən dostu ilə paytatxda yaşayan Əhməd Muhəmməd Navid Pakistandan dostluq etdiyi Muhammad Rafıkın hücumuna məruz qalıb.

Çəkiclə silahlanan Muhammad Rafık dostuna zərbələr endirməyə başlayıb. Zərərçəkənin sözlərinə görə, dostu onu paxıllıq etdiyi üçün döyüb. Hadisə barədə polisə məlumat verilib.

Faktla əlaqədar Suraxanı rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

www.yenicag.az

3227