Dövlət Agentliyi 2 milyon manatlıq tenderi yekunlaşdırdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi Bərdə Peşə Hazırlığı Mərkəzinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Yenicag.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Excellent Trade” MMC-dir.

Qalib şirkətə 2,297 milyon manat ödəniləcək.