Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni TƏYİNAT – FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə mətbuat katibi təyin edilib.

Yenicag.az xəbər verir ki, bu, Tural Orucovdur.

O, bundan əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də çalışıb, müxbir, aparıcı, baş redaktor müavini, baş redaktor, direktor müavini vəzifələrini icra edib.