Dövlət Bağçalının üzündəki izlərin və qolundakı sarğının səbəbi bəlli oldu – VİDEO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı yerli seçkilərdə səs verib.

Yenicag.az xəbər verir ki, Bağçalının üzündəki izlər və qolunun sarğılı olması hər kəsin diqqətini çəkib və MHP sədrinin səhhətilə bağlı müxtəlif iddiaları gündəmə gətirib.

Jurnalist Ərtoğrul Özkök MHP sədrinin yaxın çevrəsindən Bağçalıya nə olduğunu öyrənə bilib. Qeyd edilir ki, 2 həftə öncə televizorun pultunu almaq üçün yerindən qalxdığı zaman ayağı ilişib və yıxılaraq üzünü yerə vurub. Onun qolunun çatladığı da vurğulanıb.

COP29