!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Bahçeli istefa vermədi

!Reklam – Yazi

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2014-04-08 08:28:52Z | http://piczard.com | http://codecarvings.com§Є[	Њ"

Türkiyənin müxalifət lideri, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli partiyanın rəhbəri vəzifəsindən istefa verməyib.

Yenicag.az xəbər verir ki, Bahçelinin istefasına səbəb kimi MHP-nin bu gün Türkiyədə keçirilən təkrar parlament seçkilərində məğlubiyyəti göstərilsə də, o, yazılı açıqlama ilə bunu təkzib edib.

Bahçeli “bundan sonra da həqiqətləri söyləməyə davam edəcəyik” deyərək, başqanlıqdan getməyəcəyini bildirib. O, “komandamız vəzifəsinin başındadır” deyə, fikrini tamamlayıb.

Qeyd edək ki, ilkin nəticələrə əsasən, Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə keçirilən təkrar parlament seçkilərində seçici səslərinin 53,6 faizini yığıb. Cümhuriyyət Xalq Partiyası (CHP) səslərin 20 faizini, Milliyyətçi Hərəkat Partiyası (MHP) – 11, Xalqların Demokratik Partiyası (HDP) isə səslərin 11,2 faizini toplayıb.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv