Dövlət başçısı: “Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub”

Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.