“Milli rəmzlərin təhqir olunmasına görə nəzərdə qanunvericilikdə nəzərdə tutulan cəzalar yetərlidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında dövlət bayrağı və digər milli rəmzlərə qarşı yolverilməz hərəkətlərə görə müəyyən edilmiş cəzaların nə dərəcədə yetərli olmasına münasibət bildirən millət vəkili Fəzail Ağamalı deyib.
Millət vəkilinin fikrincə, dövlət atributlarına münasibətdə sayğısız davrananlar qanunun sərt üzü ilə qarşılaşmalıdırlar:
“Daxilində milli qürur hissi olmayan dönüklər tərəfindən, o cümlədən, bir sıra xarici ölkələrdə fəaliyyət göstərən iş adamları tərəfindən də bayrağımıza qarşı aşağılayıcı hərəkətlərə yol verilməsinin şahidi olmuşuq.
Bununla bağlı Azərbaycan qanunvericiliyində cinayət məsuliyyətini nəzərdə tutan xüsusi maddələr var və düşünürəm ki, indiki şəraitdə bu, kifayətdir.
Bayrağımıza və digər dövlət atributlarına qarşı sayğısızlıq edənlər Azərbaycan qanunvericiliyi əsasında sərt şəkildə cəzalandırılırlar və bundan sonra da belə olacaq”.
Aqil Bəkir