!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət büdcəsinə 100 milyonluq RÜSUM DAXİLOLMASI: "Bu qərar heç bir məntiqə sığmır"

!Reklam – Yazi

Azərbaycanda dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi nəticəsində büdcəyə daxil olacaq əlavə vəsaitin təqribi həcmi açıqlanıb. Belə ki, bu dəyişikliklər nəticəsində büdcəyə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur.  

Bu dəyişikliklə bağlı öz fikirlərini Yenicag.az-la bölüşən iqtisadçı Natiq Cəfərli bildirib ki, maaş və təqaüd artırılmamış qəbul olunan qərar heç bir məntiqə sığmır:

“Rəsmi şəxslərin açıqlamasına görə, uzun zamandır rüsumların dəyişdirilməməsi və ölkədə inflyasiyanın baş verməsi fonunda nəzərdə tutulan dəyişiklik edilib. Son zamanlar qiymət artımının yüksək olduğunu nəzərə alaraq, bu göstəricinin rüsumlarda da öz əksini tapması üçün məlum qərar qəbul olunub. Lakin bu yanaşma məntiqli deyil. Çünki ölkədə insanların gəlirlərinin indeksləşməsi hələ baş verməyib. Ən azından maaş və təqaüd artımından sonra bu cür qərarı qəbul etməsək də, başa düşə bilərdik. Bu ilin əvvəlindən 1 faizdən nisbətən yüksək nominal artım müşahidə olunub, amma real gəlirlərin kəskin azalması var. İnflyasiya yüksək olduğuna görə, nominal artım kölgədə qalıb.

Ümumilikdə rüsumlar bir çox hallarda vətəndaşlıq haqqları ilə bağlıdır. Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi və xarici pasport almaq hüququ var. Bunun maya dəyəri o qədər yüksəkdir ki, rüsumları artırılır?! Bu günə kimi dövlət rəsmiləri tərəfindən şəxsiyyət vəsiqəsi və xarici pasportun maya dəyəri ilə bağlı heç bir məlumat verilməyib. Əminəm ki, maya dəyəri yüksək deyil. Bu halda vətəndaşdan alınan rüsumun baha olması doğru deyil. Ona görə də dəyişikliyi yersiz hesab edirəm. Əslində nəzərdə tutulan 100 milyonluq artımla büdcə dolmayacaq. Çünki büdcənin əsas donoru Neft Fondudur. Gələn ilin büdcəsinin yarısı yenə Neft Fondundan götürüləcək”.

Gülşən Şərif

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv