Dövlət büdcəsinə dəyişikliklərin Milli Məclisə təqdim olunacağı vaxt açıqlandı

2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərin Milli Məclisə təqdim olunacağı vaxt açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

O bildirib ki, qanunvericiliyə uyğun olaraq belə dəyişikliklər mayın 15-dən tez təqdim edilmir.

“Bu təqvimə biz riayət edəcəyik”, – deyə nazir qeyd edib.