!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət büdcəsinə ediləcək DƏYİŞİKLİKLƏR: “Mayın 15-dən sonra bu sahələrdə...” - ŞƏRH

!Reklam – Yazi

“Bu ilin dövlət büdcəsinə ediləcək dəyişikliklər layihəsində xərclərdə 20 faiz artım gözlənilir”.

Bu sözləri dövlət büdcəsinə edilən dəyişiklikləri dəyələndirən iqtisadi ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, dəyişikliklər layihəsində hərbi xərclər mühüm yer tutur.

“Artıq 2023-cü ilin büdcə lahiyəsiylə tanış olmuşuq. Bildiyimiz kimi, bu ilin dövlət büdcəsinin gəlirləri rekord həddə – təqribən 30 milyard manatdan çox müəyyən olunub.

Azərbaycanın müharibə şəraitində yaşadığını nəzərə alaraq, geo-strateji məsələlər aktuallıq kəsb edir. Bu baxımdan büdcədə hərbi xərclər mühüm yer tutur. Həmçinin əvvəlki illərdə olduğu kimi təhsil, sosial müdafiə və digər xərclər də nəzərə alınır.

Ümumilikdə bu yönümdə büdcə üzrə xərclərdə 20 faiz artım müşahidə olunur. Düşünürəm ki, mayın 15-dən sonra bu ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərdə bu məsələlər ön plana çıxarılacaq”.

Qeyd edək ki, bu ilin dövlət büdcəsinə əsasən, gəlirlər 30 773 978,0 min manat, xərclər isə 33 353 278,0 min manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinə edilən dəyişikliklərin mayın 15-i ərəfəsində Milli Məclisə təqdim olunması gözlənilir.

Yusif Səmədzadə

www.yenicag.az

1701
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv