Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dövlət büdcəsinə hansı dəyişikliklər ediləcək? - “Son 3 ayda bütün proqnozlar alt-üst oldu”

“Sosial-iqtisadi inkişaf proqnozlarını dəyişmədən büdcəyə yenidən baxılması yanlış addım olar”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanın 2020-ci il dövlət büdcəsində mümkün dəyişkliklərlə bağlı ehtimalları şərh edən iqtisadçı Rövşən Ağayev bildirib.

Rövşən Ağayevin sözlərinə görə, hökumətin dövlət büdcəsində dəyişiklik etmək niyyəti bəlli olsa da, bu barədə hələ ki detallı məlumat yoxdur:

“Əgər hökumət təsdiqlənmiş xərclərə toxunmadan və ya çox az hissəsinə toxunmaqla, dəstək paketi üçün əlavə vəsait cəlb etmək istəsə, təkcə 2020-ci ilin büdcə qanununu dəyişməklə iş bitməyəcək.

Bu halda Neft Fondundan təsdiqlənən 11 milyard 350 milyon manatdan əlavə vəsaitin cəlb edilməsinə ehtiyac olacaq. Çünki istər vergi, istərsə də gömrük orqanlarının öhdəliklərini yerinə yetirməsi mümkün olmayacağı dəqiqləşirsə, bu halda dəstək paketinin icrası Neft Fondundan izafi transfer ayırmaları tələb edəcək.

Digər tərəfdən, bu halda büdcə qaydasının tətbiqi də dayandırılmalı olacaq. Belə ki, dəyişiklik nəticəsində 2020-ci ilin icmal büdcə xərcləri inflyasiya nəzərə alınmaqla, 2019-cu ilin icmal büdcə xərclərindən 3 faiz çox olarsa, bu halda ölkə prezidenti qanunun 23.4-cü maddəsini əsas götürərək, büdcə qaydasının tətbiqinin dayandırılması üçün Milli Məclisə müraciət etməli olacaq. Müraciət oktyabrın 25-dən gec olmayaraq göndərilməlidir”.

Rövşən Ağayev qeyd edib ki, “Büdcə sistemi haqqında” Qanunun 23.2-ci maddəsinə görə, dövlət başçısı büdcənin icra prosesində illik büdcə qanununun təsdiqi zamanı nəzərə alınması mümkün olmayan xərclərə zərurət yarandığı qənaətinə gələrsə, qanunvericilik təşəbbüsü ilə büdcəyə yenidən baxmaq üçün Milli Məclisə müraciət edə bilər:

“2020-ci ilin icmal büdcə xərcləri 29 mlyard 488,1 milyon manat olaraq təsdiqlənib ki, bu, inflyasiya proqnozu nəzərə alınmaqla, əvvəlki ilin göstəricisindən 7,7 faiz çoxdur.

Ən vacib məqamlardan biri də budur ki, əgər büdcəyə yenidən baxılacaqsa, iqtisadi proqnozların, o cümlədən, inflyasiya və iqtisadi proqnozların da yenilənmiş variantı hazırlanıb parlamentə təqdim ediləcəkmi? Çünki son üç ayda bütün proqnozlar və reallıqlar alt-üst oldu”.

Gülşən Şərif

www.yenicag.az

543
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100