Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.
Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan dövlət büdcəsinin gəlirləri 14 029,7 mln. manat (illik müqayisədə 30% çox), xərcləri isə 13 485,7 mln. manat (19,1% çox) təşkil edib.
Son nəticədə büdcənin profisi 544 mln. manat təşkil edib. Xatırladaq ki, bu göstərici yanvar-iyul aylarının yekununda 428,8 mln. manat olub.