!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət çevrilişinə cəhd önləndi – Mahmudovu Çovdarovun sözləri bitirib

!Reklam – Yazi

covdarov-qandalƏrəstun Oruclu: “Mahmudovun oyunu başlanğıcdan məğlubiyyətə məhkum idi və belə də oldu”

Sabiq MTN zabiti, politoloq Əərstun Oruclu sensasiyalı bir açıqlama ilə çıxış edib. O, facebook statusunda yazıb:

“Rusların məşhur atalar sözü var: “Hет худа без добра”. Mənası təxminən belədir ki, hər pis işin içində bir yaxşı da olur. Sözüm Eldar Mahmudovun məlum dəstəsi haqqındadır. Hər kəs də olmasa, çoxları aydın şəkildə dərk edir ki, bu banda addım-addım hakimiyyəti ələ keçirməyə doğru irəliləyirdi. Elə deyilsə, o zaman media məkanına bu qədər dərindən nüfuz edərək onlarla saytlar açmaq, loyal olmayan ictimai-siyasi kəsimi sıradan çıxarıb yerini öz agentura şəbəkəsi ilə doldurmaq, dövlətin ən yüksək pillələrində duran şəxslərə və onların ailə üzvlərinə dosyelər açmaq, bir sıra xarici dövlətlərin müxtəlif qurumları ilə sıx əlaqələr qurmaq, mətbuatda MTN rəhbərliyinin “uğurlu əməliyyatları” barədə müntəzəm piar-kampaniyalar aparmaq, xeyli nazir və rəsmiləri özləri, ailə üzvləri haqqında topladıqları ifşaedici məlumatlarla şantaj edərək öz iradələrinə tabe etmək, bir sıra dövlətlərin başında duran şəxslərin yaxın ailə üzvləri ilə biznes əlaqələri qurmaqla onlara külli miqdarda rüşvət vermək, Azərbaycanın əksər ölkələrdə fəaliyyət göstərən səfirlik və nümayəndəliklərinə özünün çoxlu sayda adamlarını yerləşdirmək, Avropanın müxtəlif dövlətlərində siyasi sığınacaq almaq yolu ilə öz geniş şəbəkəsini qurmaq və nəhayət, parlament seçkilərində iştirak üçün böyük bir qrupu hazırlayıb siyasi arenaya çıxarmaq bunların nəyinə lazım idi? Sözsüz ki, biz hələ bu cinayətin ifşasının başlanğıc mərhələsindəyik və əminəm ki, burda sadalanan bəndlərdən daha ciddiləri var və onların da açılacağına şübhəm yoxdur. Sabah bu miqyaslı cinayətin içindən hansısa siyasi partiya(lar)ın adı çıxanda, hansısa projelərin arxasında Mahmudov-Çovdarov dəstəsinin durmuş olduğu deyiləndə, güc strukturlarından hansınınsa onlarla bir bağlamada olduğu açıqlananda (bunun da ilkin əlamətləri artıq görünməkdədir) hay-küy, haray-həşir aləmi götürəcək və hətta xeyli adam da bütün bunların böhtan olmasına inanacaq. Amma bəndəniz bilir ki, bu, belə deyil və oxuduğunuz postu da bu gün, indi təsadüfən yazmır. Bütün bunlar nə medianın təhlilindən, nə də kimlərinsə fikirlərinin öyrənilməsindən əldə etdiyimiz nəticə deyil, bunlar İllər boyu bizə daxil olan məlumatlara əsaslanaraq gəldiyimiz qənaətdir”.

Ə.Oruclu daha sonra qeyd edir: “Məlumatları isə təsadüfən və ya kiminsə sifarişi ilə toplamırdıq, onlar “öz ayağı” ilə gəlirdi, çünki bu cür məlumatları ötürənlər hər hansı ikibaşlı oyunlarda, siyasi avantüralarda iştirak etmədiyimizə əmin idilər, əks-halda heç vaxt güvənib bu cür bilgiləri bölüşməzdilər. Bəli, Eldar Mahmudovun dəstəsi Azərbaycanda hakimiyyəti götürməyə hazırlaşırdı və onun illərin sınağından çıxmış dostu, “şanlı general” Akif Çovdarov məhdud bir çevrədə “Ölkənin baş naziri Eldar müəllim olmalıdır!” söyləyəndə faktiki olaraq patronunun niyyətlərini, hədəflərini və məqsədlərini açmışdı. Bu da təbiidir, çünki hakimiyyəti taxta-şalban alverçisi ilə götürmürlər, üstəlik də özün kartof-soğan satandan xərac yığansansa. Mahmudovun oyunu başlanğıcdan məğlubiyyətə məhkum idi və belə də oldu. Çünki onun təkcə hədəfinə çatmaq üçün atdığı bütün addımları deyil, qarşısındakı rəqiblərini dəyərləndirməsi də yanlış idi, belə qətiyyətlə sıradan çıxarıla biləcəyini hesablaya bilməməsi də. Burda da qeyri-adi heç nə yoxdur, OBXSS “təfəkkürü” artığına qadir ola bilməzdi. Ona görə də Mahmudovun səhnələşdirməyə hazırlaşdığı komediya başlamamışdan bitirildi, bütün zəhmətləri hədərə getdi, “investisiyaları” batdı, nəhayət, altdan onun oyunlarında iştirak edib cəmiyyətə özünü başqa qiyafədə təqdim edənlərin əksəriyyəti ifşa olundu və yuxarıda qeyd etdiyim kimi, hələ xeylisi də ifşa olunacaq. Bütün bu komediyadan gələn bir xeyir də elə bu oldu, çünki indi ölkənin ictimai-siyasi atmosferi tam da olmasa, xeyli təmizlənəcək. Bu isə qaçılmazdır, çünki komediya bitdisə, deməli nə birdəfəlik ucuz aktyorlara, nə pafoslu tamadalara, nə də siyasi klounlara ehtiyac olmayacaq. İndi qalır təkcə pərdəni endirib “Finita la kommedia” elan eləmək”.

www.yenicag.az

808
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv