!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dövlət dəstək verməsə, banklar məhv olacaq”

!Reklam – Yazi

Azərbaycanda bank sektoru hələ də böhrandan çıxa bilmir. Mətbuatın verdiyi məlumata görə, “Bank of Baku” 2017-ci ili böyük zərərlə başa vurub. Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən əksər banklar ötən il zərərlə işləyib.

Bəs görəsən, Azərbaycan bank sektorunda nələr baş verir? Ekspertlərin bankların müflisləşməsi barədə proqnozları özünü yeni ilin ilk ayından doğruldurmu?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında qeyd edib ki, bankların düşdüyü durum devalvasiyadan irəli gələn bir haldır. Ekspertin qənaətinə görə, bankları mövcud problemlərdən ancaq dövlətin dəstəyi xilas edə bilər:

“Əslində bank sektorunda yaşanan hazırkı problemlər yeni deyil. Bu problemlər 3 ildir ki davam edir. Həmin problemlər də əsasən devalvasiyalardan sonra özünü göstərməyə başladı. İki kəskin devalvasiyanın daha ciddi zərbə vurduğu sektor məhz bank sektoru oldu. Problemli kreditlərin həcmi daha da artdı. Devalvasiyadan öncə bank sektorunda problemli kreditlərin həcmi 3 faizi keçməmişdi. İndi isə rəsmi rəqəmlərə görə, 16 faizə çatıb. Amma beynəlxalq agentliklərin hesablamalarında bu rəqəmin 25-30 faiz civarında olduğu göstərilir. Bu da onu deməyə əsas verir ki, bank sektorunda problemlər getdikcə dərinləşir. Onlar nə verdikləri kreditləri geri toplaya, nə də yeni kredit xətti üçün addımlar ata bilirlər. Bu fonda da bankların zərərlə işləməsi gözləniləndir. Necə ki, bir çox banklarda bunun şahidi oluruq. Zərərlə işləyən bankların sonuc etibarı ilə bağlanması təhlükəsi isə realdır. Son 3 ildə 11 bank bağlanıb. Həmin prosesin bu il də davam edəcəyi gözlənilir. Bir neçə yeni bank bağlana və yaxud birləşdirilə bilər. Bankların bağlanması və yaxud birləşdirilməsi də sağlamlaşdırılma yolunda atılan ilkin addımdır. Çünki tək bununla proses yekunlaşmamalıdır.

Açığını deyək ki, bank sektoru dövlət dəstəyi olmadan problemlərdən çıxa bilməyəcək. İndi banklar böyük faizlərlə kredit təklif edir ki, bu da nə biznesə, nə də vətəndaşlara sərf etmir. Ona görə də, mövcud şəraitdə dövlət dəstəyi olmadan problemin çözümü mümkün görünmür. Bunu Beynəlxalq Bankın təcrübəsində də gördük. Səhmlərin əsas hissəsi dövlətə məxsus olduğundan öhdəlikləri də dövlət öz üzərinə götürdü. Dövlət bu addımı atmasaydı, təkbaşına bank düşdüyü problemdən çıxa bilməzdi. Nə 10 milyard dollara yaxın daxili, nə də 3,3 milyard dollarlıq xarici borcunu bağlaya bilməzdi. Digər banklarda da aşağı-yuxarı eyni problemlər mövcuddur. Böyük ehtimalla bu il bank sektorunda sağlamlaşdırma prosesi davam edəcək. İlin sonuna yaxın ola bilər ki, dövlət tərəfindən müəyyən dəstək planı da qəbul olunsun”.

ELÇİN

www.yenicag.az

1525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv