“Dövlət dindarları qorumaq istəyir” – Kamal Abdulla

beed2f7d4760786cff333c2a0ae64689“Bu gün bizim hər bir vətəndaşımızın bir nömrəli hədəfi azərbaycançılıqdır”.

Bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib.

O, Nardaranda baş verən hadisələrə toxunaraq bildirib ki, dövlət bu məsələlərdə müəyyən qədər güzəştə gedib: “Dövlət güzəştə gedib, ancaq dövlətin təməl prinsiplərini pozanlara heç bir güzəşt olmayacaq. Dövlət dindarları qorumaq istəyir. Dövlətin atdığı hər bir addım bizim mənafeyimizə xidmət edir”.

K. Abdulla qeyd edib ki, Nardaranda baş verən hadisələr hamını həyəcanlandırıb: “”Nardarandakı hadisələr hamımızı həyəcanlandırdı, kədərləndirdi. Ümid edək ki, Nardaran camaatı ayıqdır, onlar yad ünsürləri özününkülərdən fərqləndirə biləcək və artıq bunu bilirlər”.

Qeyd edək ki, bu, Kamal Abdullanın Nardaran hadisələriylə bağlı ilk açıqlamasıdır(Aznews)