Dövlət Gömrük Komitəsində ƏMƏLİYYAT – Saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində anti-korrupsiya əməliyyatı keçirib.

Yenicag.az “Unikal”a istinadən xəbər verir ki, hazırda əməliyyat Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində davam edir.

Saxlanılanlardan biri həmin idarənin inspektoru Şahin İsgəndərovdur.

Əlavə məlumat veriləcək.