Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Dövlət Gömrük Komitəsinə sual: Əbülfəz Məlikov Abşeron Logistika Mərkəzini idarə edirmi, etmirmi?

Dövlət Gömrük Komitəsi qeyri-rəsmi olaraq Abşeron Logistika Mərkəzini “Broker Əbülfəz”in ixtiyarına verib, lakin bunu təkzib edir…

Qeyd edək ki, Əbülfəz Məlikovun Abşeron Logistika Mərkəzində çalışması barədə daha əvvəl mətbuatda məlumat yayılmışdı. Ancaq çox keçmədiki Dövlət Kömrük Komitəsi Əbülfəz Məlikovun Abşeron Logistika Mərkəzində işləməsi ilə bağlı yayılan məlumat təkzib etdi. Lakin məsələ ondadır ki, Əbülfəz Məlikov rəsmi olaraq Abşeron Logistika Mərkəzində çalışmasa da, faktiki olaraq Mərkəzi idarə edir.

Yenicag.az xəbər verir ki, PİA.az-a verilən məlumata görə Abşeron Logistika Mərkəzinin direktoru işləyən Ziya Ağayev əslində Əbülfəz Məlikovun kadrıdır. Ziya Ağayev vasitəsi ilə logistik mərkəzə nəzarət edən Əbülfəz Məlikov daha bir neçə kadrını mərkəzə yerləşdirib. Bu kadrlar Ziya Ağayevin müavini Əfqan Mənmədov və Pərviz Əsgərovdur.

Daxil olan məlumatda qeyd edilir ki, Əbülfəz Məlikov Abşeron Logistika Mərkəzinə daha çox Əfqan Mğmmədovun və Pərviz Əsgərovin əli ilə nəzarət edir. Yəni Əbülfəz Məlikov Mərkəzdə həyata keçirilən işlərlə bağlı tapşırııqları birbaşa Əfqan Məmmədovla Pərviz Əsgərova verir. Biznesmenlərdən yığılan pulları da əsasən Əfqanla Pərviz yığır.

Mənbə qeyd edir ki, Əbülfəz Məlikov Abşeron Logistika Mərkəzində elə bir ab hava yaradıb ki, burda nə Azərbaycan Dəmiryolları QSC-nin, nə də Cavid Qurbanovun hər hansı bir nəzarəti qalmayıb. Yəni Abşeron Logistika Mərkəzində bütün əmr və tapşırıqları başda Ziya Ağayev olmaqla hamı Əbülfəz Məlikovdan alırlar.

www.yenicag.az

2233
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM