Dövlət idarəsində qumbara tapıldı – Azərbaycanda

 Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində 1 ədəd əl qumbara tapılıb.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.

Ərazidə kənd icra nümayəndəliyinin inzibati binasına baxış keçirilib, 1 ədəd F-1 əl qumbarası aşkar olunaraq götürülüb.