Dövlət İmtahan Mərkəzinin qarşısında etiraz aksiyası – VİDEO

Ötən gün keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanlarında iştirak edən bir qrup şəxs Dövlət İmtahan Mərkəzinin (DİM) qarşısında etiraz aksiyası keçirib.

Onlar bildiriblər ki, dörd il ərzində ingilis dili fənni tədris olunmasa da, imtahana salınıb.

Etirazçılar dövlət attestasiya komissiyasına müraciət edərək bu tələbin aradan qaldırılmasını istəyirlər.

Ətraflı videonu təqdim edirik: