!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət imtahanından niyə yalnız 1-2-ci kurslar azad olunur? – AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi Elm sektorunun müdiri Turxan Süleyman I və II kurs tələbələrinin dövlət imtahanı verməyəcəyini bildirib. Amma III və IV kurs tələbələri hələ də köhnə standartla təhsil aldıqları üçün bu qərar onlara şamil olunmur.

Niyə tələbələrin bir qismi azaddır, bir qismi isə imtahan verməlidir? Bu qərarın verilməsində hansı amillər rol oynayır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti İlqar Orucov bildirib ki, bu qərar yeni qəbul olunmayıb:

“Ötən illərdə bununla bağlı bir sıra qərarlar var idi. Lakin o qərarlara dəyişikliklər edildi. 5 iyun 2021-ci ildə Nazirlər Kabinetinin qərarı ilə yeni standartlara keçid yarandı. Bu qərarın məqsədi o idi ki, yekun dövlət attestasiyasının keçirilməsi zəruri deyil. Həmin qərar 2021-ci ildən qüvvəyə mindiyi üçün o tarixdən öncə universitetə daxil olmuş şəxslər dövlət imtahanı verməlidir. Ümumi ortalaması yüksək olan tələbələr heç bir imtahan vermədən universiteti bitirir. Yekun attestasiyanın balından narazı qalan tələbələr isə ixtisas üzrə imtahan verə bilərlər”.

Şahanə Paşa

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv