!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Komitəsi Mütəllibov və “Haqqin.az”ı yalanladı

!Reklam – Yazi

“Son günlər “Haqqın.az” və “Virtualaz.org” saytlarında yer almış “Ayaz Mütəllimov İlham Əliyevə müraciət etdi: Foyemi əlimdən alırlar” başlıqlı yazıda heç bir araşdırma aparmadan, aidiyyəti qurumlarla əlaqə saxlamadan və məsələ ilə bağlı məlumat almadan yanlış və həqiqətə uyğun olmayan məlumatlar öz əksini tapıb. Belə ki, yazıda Bakı şəhəri Qurban Xəlilov, 5 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinlərinin ümumi istifadədə olan foyesinin sənədləşdirilməsi və dövlət reyestrindən çıxarışın verilməsi kimi məlumatlar yerləşdirilib”.

Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, qeyd edilən yazılar hazırlanarkən komitədən heç bir məlumat alınmayıb və münasibət öyrənilməyib.

Yenicag.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi məsələ ilə bağlı aşağıdakıları bildirir:

Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov küçəsi 5 ünvanında yerləşən, ümumi sahəsi 9736.6 kv.m olan 16 mərtəbəli bina üzərində “Turanlılar KO” LTD şirkətinin mülkiyyət hüququ qeydiyyata alınaraq, onun adına 26 noyabr 1999-cu il tarixli qeydiyyat vəsiqəsi verilib.

Binanın 9308 kv.m hissəsi 4 avqust 2000-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında “Turanlılar KO” LTD şirkəti tərəfindən tam xarici investisiyalı “TapetOilGasCo LTD” Məhdud Məsuliyyətli Müəssisəyə satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında “TapetOilGasCo LTD” MMM-nin mülkiyyət hüququ qeydiyyata alınmış və 6 sentyabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilib.

Binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri müxtəlif vaxtlarda “TapetOilGasCo LTD” MMM tərəfindən ayrı-ayrı şəxslərə satılıb.

Sonradan “TapetOilGasCo LTD” MMM satılmış mənzillər və qeyri-yaşayış sahələri çıxılmaq şərti ilə binanın yerdə qalan hissəsinə öz adına dövlət reyestrindən çıxarışın alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib.

Hüquqi şəxsin həmin müraciətə əlavə etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsi nəzərə alınaraq, binanın ümumi istifadədə olan 144.3 kv.m hissəsi (dəhliz, lift, pilləkən qəfəsi) istisna olmaqla, yerdə qalan 189.8 kv.m üzərində “TapetOilGasCo LTD” MMM-nin mülkiyyət hüququ 4 oktyabr 2016-cı il tarixli, 1116066723 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və texniki pasportla rəsmiləşdirilmişdir.
Qeyd edilməlidir ki, çoxmənzilli binaların ümumi istifadədə olan hissələrinin sənədləşdirilməməsi ilə bağlı məsələ Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən nəzarətdə saxlanılır.

Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, qeyd edilən yazılar bəzi qərəzli şəxslərin məqsədyönlü şəkildə komitənin hüquqi fəaliyyətinə kölgə salmaq məqsədini daşıyır. Belə böhtan xarakterli məqalələr təxribatçılıq yaratmaq, komitənin iş fəaliyyətini pozmaq, komitə haqqında mənfi ictimai rəy yaratmaq məqsədi daşıyır. Qeyd edilməsi vacibdir ki, belə məqalələrdə iddia olunan “faktlar” araşdırılmadan yayılmış və komitənin münasibəti öyrənilməyib.

www.yenicag.az

2192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv