Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov yeni vəzifəyə təyin edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məlumat verib.
Ə. Zülfüqarov Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinə baş məsləhətçi vəzifəsinə təyinat alıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsininin müdiri vəzifəsinin icrası Cahandar Əlifzadəyə tapşırılıb.