Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin olundu

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin olunub.

Yenicag.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən bu vəzifəyə Vüsal Hüseynov təyin olunub.

Qeyd edək ki, bu quruma Firudin Nəbiyev rəhbərlik edirdi.