Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2023-cü ilin yanvar ayı ərzində 188,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Yenicag.az xəbər verir ki, bu barədə ARDNF-dən bildirilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 923 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.