Dövlət orqanlarında çalışan xadimə, dalandar, bağban və fəhlələrin maaşı artırıldı

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Yenicag.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

 

 

 

Sıra

№-si

 

 

Kateqoriyalar üzrə dövlət orqanları

 

Aylıq vəzifə maaşının məbləği (manatla)

1. Ali kateqoriya dövlətorqanlarında 460
2. 1-ci kateqoriya dövlət orqanlarında 445
3. 2-ci və 3-cükateqoriya dövlətorqanlarında 425
4. 4-cü və 5-cikateqoriya dövlətorqanlarında 400