Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dövlət özəl heyvandarlıq kompleksinin yaradılmasına dəstək verib - FOTO

Şamaxı rayonunun inzibati ərazisində yerləşən 700 hektar ərazini əhatə edən özəl heyvandarlıq və bitkiçilik kompleksi fəaliyyətə başlayacaq.

Yenicag.az xəbər verir ki, “Agro Fresh” MMC-yə məxsus ferma 1 200 baş Qolşteyn cinsli qaramalın saxlanılması üçün nəzərdə tutulub.

Kompleksə pivot sistemi ilə suvarılan əkin sahələri, yem sexi, sağım bölməsi, inək damları, logistika mərkəzi, peyin emalı sahəsi, su rezervuarı, ofis binası və yataqxana daxil olacaq. Kompleks üçün lazımi avadanlıqların və suvarma qurğularının alınmasına Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) dəstək verib.

Belə ki, ölkə Prezidentinin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “AKİA-nın vəsaitindən istifadə Qaydası”na uyğun olaraq, kompleks üçün alınmış avadanlıq və qurğuların gömrük dəyərinin 40%-ni dövlət subsidiyalaşdırıb. Həmin avadanlıq və qurğular İsrail, Avropa, Şimali Amerika və Türkiyədə istehsal edilib. Fermanın illik istehsal gücü 4 500 ton süd olacaq. Kompleksdə 45 nəfərin işlə təmin edilməsi planlaşdırılır. Qeyd edək ki, özəl investor bu layihəyə 35 milyon ABŞ dolları həcmində maliyyə ayıracaq./Report/

www.yenicag.az

325