!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qulluğuna qəbul başa çatdı - 43 nəfər seçildi

!Reklam – Yazi

Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 27 avqust 2018-ci il tarixində elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün qeydə alınmış namizədlərin müsahibələri başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, 43 namizəd müsahibələrdə uğur qazanaraq iddia etdiyi vakant vəzifəyə uyğun bilinib.

6 dövlət orqanı üzrə 27 avqust 2018-ci il tarixində elan edilmiş ümumi müsahibədə 32 vakant vəzifə üzrə mürəciət etmiş 73 namizəddən 43-ü müsahibələrdə uğur qazanaraq iddia etdiyi vakant vəzifəyə uyğun bilinib. Müsahibələr Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Apellyasiya Məhkəməsi üzrə keçirilib.

Dövlət İmtahan Mərkəzinə ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (12 vəzifə) və Bakı Apelyasiya Məhkəməsi (12 vəzifə) tərəfindən təqdim olunub. Təqdim olunan ən yüksək vəzifə Qida Təhlükəsizliyi Agentliyində İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsidir.

Ümumilikdə bu günədək dövlət orqanlarında mövcud olan 469 vakant vəzifə üzrə elan edilmiş ümumi müsahibədə 683 namizədin müraciəti qeydə alınıb. Keçirilməsi nəzərdə tutulan 683 müsahibədən 616-sı baş tutmuşdur. Namizədlər 3 müsahibədə iştirak etməkdən imtina edib, 65 müsahibədə isə iştirak etməyiblər. Baş tutmuş 349 müsahibə üzrə uğur əldə edilib, 267 müsahibə üzrə isə uğur qazanan olmayıb. Ümumilikdə, 683 müraciət qeydə alınan 469 vakant vəzifədən 269 vakant vəzifəyə 349 namizəd uyğun bilinib, qalan 200 vakant vəzifəyə isə heç bir namizəd uyğun bilinməyib.

www.yenicag.az

4013
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv