Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin diqqətinə – Qrafik açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 22 mayda elan edilmiş müsabiqədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, müsahibələrin Hesablama Palatası, Energetika Nazirliyi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsi üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə 6 iyulda başlanılması və 17 iyuladək davam etməsi nəzərdə tutulur.

Namizədlərlə müsahibələr Mərkəzin Bakı şəhərində yerləşən inzibati binasında keçiriləcək.

Müsabiqəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Energetika Nazirliyinin İnsan resursları və dövlət qulluğu şöbəsi, Kadr siyasəti sektorunda məsləhətçi (1 vakant yer üzrə 33 namizəd), Bakı şəhəri Xətai Rayon Məhkəməsində məhkəmə iclasının katibi (3 vakant yer üzrə 12 namizəd), hakimin köməkçisi (3 vakant yer üzrə 15 namizəd) vəzifələri üzrə müşahidə edilir.

Ən yüksək müsabiqə vəziyyəti Energetika Nazirliyi ( 6 vakant vəzifə üzrə 39 namizəd) üzrə müşahidə edilib.

22 mayda elan edilmiş müsabiqə üzrə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı DİM-in saytından əldə etmək mümkündür.

www.yenicag.az

809
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS