!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qulluğuna qəbul üçün müsahibə keçirilir

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati vəzifələrin 5-7- ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, mərkəz mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 7 dövlət orqanı üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 56 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi keçirilir.

Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – avqustun 12-dək davam edəcək.

Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (12), Şəki Apellyasiya Məhkəməsi (16), Nizami Rayon Məhkəməsi (11), İqtisadiyyat Nazirliyi (8) tərəfindən təqdim olunub. Müsabiqəyə çıxarılmış 56 vakant inzibati vəzifədən 18-i BA, 38-i isə BB vəzifə qrupuna aiddir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır.

www.yenicag.az

8372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv