!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qulluğuna qəbul üzrə müsahibə elan edilib

!Reklam – Yazi

Sentyabrın 28-də 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 10-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 10-u B növü vəzifələrə (inzibati-icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində aparat rəhbərinin müavini vəzifəsidir. Ümumilikdə isə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 10, Maliyyə Nazirliyində 3, Kənd Təsərrüfatı Nazirliyində 2, İqtisadiyyat Nazirliyində 1, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 1, Əqli Mülkiyyət Agentliyində 1, Gəncə İnzibati Məhkəməsində 1, Biləsuvar Rayon Məhkəməsində 1 vəzifə olmaqla 20 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 28 sentyabr 2020-ci il tarixindən 19 oktyabr 2020-ci il saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv