Yenicag.az xəbərunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bundan əvvəl səriştə modelinin axırıncı versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq:
“Bu, çox vacib mərhələdir. Bu model üzrə 2 ildir işləyirik. Artıq bu modelin tətbiqinə başlayırıq. 2024-cü ildə bu modelin sınağı, 2025-ci ildə isə müvafiq qanunvericilikdə aparılan dəyişikliklə dövlət qurumlarına işə qəbul prosesini bu modellə həyata keçirəcəyik”.
O əlavə edib ki, səriştə modelinə əsaslanan qəbul daha keyfiyyətli, bacarıqlı dövlət qulluğunda bütün prosesləri şəffaf keçirməyə imkan verəcək.