!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə: İmtahan vaxtı açıqlandı

!Reklam – Yazi

İyunun 30-da dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 30 iyun 2019-cu il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=79 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

www.yenicag.az

1043
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv