!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qulluqçuları üçün təlim mərkəzinin açılışı olub

!Reklam – Yazi

trening_311013Bu gün Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuları üçün təlim mərkəzinin açılış mərasimi keçirilib.

Yeniçağ.az-ın xəbərinə görə, Təlim Mərkəzi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMTİP tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq əsasında yaradılıb.

Yeni açılan Mərkəzin Avropa standartlarına uyğun daxili prosedurları və təlim modulları qurmağı gözlənilir.

Təlimçilərin bacarıqlarının artırılması üzrə tematik iş planı akademiya tərəfindən müəyyən ediləcək və Təlim Mərkəzi tərəfindən həyata keçiriləcəkdir. Təlim Mərkəzi resurs mərkəzi, kompüter və məlumat bazası otaqları və təlim salonundan ibarətdir. Ümumilikdə, mərkəzin yaradılması Dövlət İdarəçilik Akademiyasının daxili təlim bacarığının artırılması və müxtəlif dövlət orqanlarından olan dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması üçün bir vasitə kimi xidmət edəcək.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın davamlı inkişaf sahəsində qazandığı uğurlar barədə ətraflı məlumat verib. O, Azərbaycanın davamlı inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların insan potensialının formalaşdırılması və səfərbər edilməsi ilə bağlı olduğuna diqqət çəkib. U.Ələkbərov eyni zamanda dayanıqlı inkişaf məqsədlərinin dəf edilməsində dövlət və onun institutlarının, xüsusilə də peşəkar dövlət qulluğu sisteminin rolunu özəlliklə vurğulayıb. Rektor bu baxımdan birgə layihə çərçivəsində yaradılan təlim mərkəzinin görəcəyi işlərin miqyası və səmərəsindən də əminliklə söz açıb.
BMTİP-in Rezident Nümayəndəsi Qulam İshaqzai BMTİP və akademiya arasında əməkdaşlığın tarixçəsini vurğulayaraq, deyib ki, BMT-nin dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda hökumətə yardım edəcək.

 

Yeniçağ.az

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv