Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat başa çatıb. İmtahanında iştirak edəcək namizədlər artıq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Yenicag.az DİM-ə istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün 1337 (BA – 333, BB – 1004) namizəd qeydiyyatdan keçib. İmtahan avqustun 18-də baş tutacaq. İmtahan kompüter vasitəsilə aparılacaq və Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında keçiriləcək.
İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.