!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dövlət qurumları sosial şəbəkələrdə fəal olmalıdırlar” – Millət vəkili

!Reklam – Yazi

“İran prezidentinin belə “Facebook” və “Tvitter” kimi sosial şəbəkələrdə hesabları varsa və oradan müntəzəm paylaşımlar edirsə,sosial şəbəkələrin gücünü təsəvvür edə bilərsiniz”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Millət vəkili Zahid Oruc səsləndirib.

Zahid Orucun sözlərinə görə, informasiya texnologiyalarının inkişafı Azərbaycanın dövlət qurumlarını sosial şəbəkələrdə fəal olmağa sövq etməlidir: “21-ci əsrin tələbləri artıq çox fərqlidir və bu əsrin dövləti də buna uyğun şəkildə fərqli olmalıdır. Müasir dünyanı sosial şəbəkələrsiz təssəvvür etmək mümkün deyil. Hazırda 1 milyarddan artıq istifadəçisi olan müxtəlif sosial şəbəkələr çox güclü təbliğat silahına çevriliblər. Fikrimcə, Azərbaycanın dövlət qurumları da sosial şəbəkələrdə öz hesablarını açaraq bu platformada fəallıq göstərməlidirlər. İran prezidentinin belə “Facebook” və “Tvitter” kimi sosial şəbəkələrdə hesabları varsa və oradan müntəzəm paylaşımlar edirsə, sosial şəbəkələrin gücünü təsəvvür edə bilərsiniz”.

www.yenicag.az

3392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv