!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qurumları Sumqayıtda azyaşlı bacıların ölümü ilə bağlı araşdırmalara başladı

!Reklam – Yazi

Sumqayıt Şəhər Prokurorluğunda azyaşlı bacıların ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Yenicag.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, azyaşlıların qida zəhərlənməsindən ölməsi ehtimal edilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Report”a verilən məlumata görə, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalar aparılır.

“Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, – AQTA-dan bildirilib.

Xatırladaq ki, 2018-ci il təvəllüdlü və 2016-cı il təvəllüdlü qızlar valideynləri tərəfindən bu gün Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına aparılıb. Daha sonra onların öldüyü məlum olub.

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv