Dövlət qurumlarına göndərilən 2 milyondan çox zərərli elektron poçt BLOK OLUNDU

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 3 rübü ərzində ümumilikdə 21 milyon 738 min elektron poçt emal edilib.

XRİTDX-nin dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülleteninə istinadən xəbər verilir ki, elektron poçtlardan 19 milyon 467 mini istifadəçilərə çatdırılıb, 2 milyon 4 mini zərərli tərkibli olması ilə blok edilib.

Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 543 domen adı ilə dövlət qurumlarının 30 000 əməkdaşı istifadə edir.