!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qurumlarındakı korrupsiya faktları - SİYAHI

!Reklam – Yazi

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev korrupsiya halları ilə bağlı dövlət qurumlarından daxil olan müraciətlərin sayını açıqlayıb.

İdarə rəisi bildirib ki, 2016-cı ildə Dövlət Təhlükəsizlik Xidmətindən 14 müraciət daxil olub və onlardan 9-u barədə cinayət işi başlanılıb.

Bundan başqa Fövqəladə Hallar Nazirliyinin 16 müraciətindən 7-i, Ədliyyə Nazirliyinin 7 müraciətindən 7-i, Daxili İşlər Nazirliyinin 15 müraciətindən 4-ü, Vergilər Nazirliyinin 48 müraciətindən 2-i, Dövlət Gömrük Komitəsinin 3 müraciətindən 2-i, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximdətinin 4 müraciətindən 3-ü, Rayon Prokurorluqlarının 64 müraciətindən 3-ü, rayon və şəhər məhkəmələrinin 37 müraciətindən 7-i barədə cinayət işi başlanılıb.

K.Əliyev əlavə edib ki, digər dövlət qurumlarından da müraciətlər daxil olub: “Təhsil Nazirliyinin 4 müraciətindən 1-i, Maliyyə Nazirliyinin 15 müraciətindən 1-i, Kənd Təsərrüfatı Nazirliyinin 6 müraciətindən 3-ü, Hesablama Palatasının 6 müraciətindən 3-ü, Ekologiya Nazirliyinin 2 müraciətdən 1-i, Dövlət İmtahan Mərkəzinin 5 müraciətindən 1-i, İqtisadiyyat Nazirliyinin 15 müraciətindən 8-i, bankların 23 müraciətindən 14-ü, 51 özəl müraciətdən 13-ü, digər 116 müraciətdən 42-i barədə cinayət işi başlanılıb.

 

Yenicag.az

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv