Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Dövlət qurumlarının maşınları ucuz qiymətə satışa çıxarılır - SİYAHI

Dövlət qurumlarının maşınları ucuz qiymətə satışa çıxarılır (SİYAHI)

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 24-də rəsmi qurumların balansında olan avtomobillərin hərracını keçirəcək.

Yenicag.az xəbər verir ki, satışa ümumilikdə 14 avtomobil çıxarılacaq.

Azərbaycan Milli Məclisinin İşlər İdarəsinin balansında olan “Nissan Maxima” markalı iki nəqliyyat vasitəsi, 50 faiz endirimlə hər biri 3500 manata təkrar hərraca çıxarılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olan nəqliyyat vasitələri (“Chevrolet Niva”) 5400 və 7200 manata satışda olacaq.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin balansında olan nəqliyyat vasitəsi (“UAZ-31512”) 1000 manata təklif olunacaq.

Həmçinin, Baş Prokurorluğun, Təhsil Nazirliyinin və Neftçala Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitələri 50 faiz endirimlə (müvafiq olaraq 3500, 1500 və 2000 manat) təkrar hərraca çıxarılır.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.

www.yenicag.az

377
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM