“Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqində çətinliklər var

Azərbaycanda “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqində çətinliklər var.

Yenicag.az xəbər verir ki, bu barədə Hesablama Palatasının büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir.

Sənədə əsasən, yeni qanunvericilikdən irəli gələrək informasiya sistemlərinin inteqrasiyasının ilin əvvəlində tamamlanmaması, yeni qanunvericiliyin satınalan təşkilatlar tərəfindən tam mənimsənilməməsi, satınalmaların keçirilməsi zamanı müvafiq razılıqların verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərin kifayət qədər çox olması, həmçinin satınalmalarla bağlı təsdiqləmələrin hüquqi aktla müəyyən edilmiş son gündə verilməsi satınalma prosedurlarının keçirilməsi və müqavilələrin bağlanılmasında yubanmalara səbəb olmaqla, bir mənbədən satınalma metodu əsasında bağlanılan müqavilələrin sayında və məbləğində əhəmiyyətli artımla nəticələnib.

Belə ki, müvafiq dövlət orqanının təqdim etdiyi məlumata əsasən, bu ilin I yarısında bir mənbədən satınalma metodu əsasında bağlanılan müqavilələrin məbləğində ötən ilin eyni dövrü ilə müqayisədə 941,8 milyon manat, sayında isə 1 457 ədəd artım qeydə alınıb.

COP29