!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət şirkətindən Qarabağ müharibəsi əlillərinə qarşı SÜRÜNDÜRMƏÇİLİK: Sığorta pulları niyə verilmir?

!Reklam – Yazi

Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli sərəncamına əsasən, Qarabağ müharibəsi zamanı şəhid olanlara, daha dəqiq desək, 1997-ci il 2 avqusta qədər şəhid olan və itkin düşən şəxslərin ailələrinə birdəfəlik konpensasiya verildi. Daha sonra eyni kateqoriya üzrə şəhid polislərin də ailələri konpensasiya ilə təmin edildi.

Hərbi xidmət zamanı ölüm və itkin düşmə faktı ilə yanaşı, əlilliyə görə də kompensasiya nəzərdə tutulub. Şəhidliyə görə 11 min manat kompensasiya verilirsə, bu məbləğ əlillər üçün aşağıdakı kimidir:

I qrup – 80 faiz – 8 min 800 manat
II qrup – 60 faiz – 6 min 600 manat
III qrup – 40 faiz – 4 min 400 manat

Yenicag.az xəbər verir ki, Qarabağ müharibəsində iştirak edən və əlillik dərəcəsi olan şəxslər onlara ödəniləcək bu kompensasiyanı hələ də ala bilmirlər.

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həmin kateqoriyaya aid əlillərə sığorta pulunu ödəməkdən boyun qaçırır. Həqiqi xidmətə çağırılan şəxslər dövlət tərəfindən sığortalanır. Müdafiə Nazirliyi hər bir əsgər üçün Dövlət Sığorta Kommersiya Şirkətinə maliyyə vəsaiti köçürsə də, sözügedən şirkət büdcəsində pul olmadığını iddia edir.

Əlilliyə görə sığorta almalı olan müharibə veteranları və onların ailə üzvlərinin dəfələrlə Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmələrinə və müxtəlif dövlət orqanlarına onların şikayətlərini dinləmələrinə baxmayaraq, problem indiyə kimi həll edilməyib.

İş o yerə çatıb ki, yüzlərlə müharibə əlili məhkəmə yolu ilə hüquqlarını bərpa etsə də, Dövlət Sığorta Kommersiya Şirkəti onlara çatacaq vəsaiti yenə də ödəmir. Şikayətçilərin sözlərinə görə, Şirkətdə onlara büdcədə pul olanda, ödəniş ediləcəyinə razılıqla bağlı ərizə yazdırırlar.

Lakin bu da problemin həllinə yox, uzanmasına səbəb olub. Belə ki, bu minvalla onlara sığorta pulunun ödəniləcəyini 4 ildən çoxdur, gözləyən əlillər var. Əlillərin sözlərinə görə, əgər Dövlət Sığorta Kommersiya Şirkəti onları bu şəkildə aldatmağa davam etsə, yenidən etirazlara başlayacaqlar.

Səxavət Məmməd

www.yenicag.az

1504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv