Dövlət şirkətləri investisiya müsabiqəsinə çıxarıldı – SİYAHI

Əmlak Məsələləri Dövlət Xidməti 2021-ci ilin özəlləşdirmə gündəliyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu il ümumilikdə 258 dövlət əmlakının özəlləşdirilməsi planlaşdırılıb. Onların sırasında müxtəlif dövlət qurumlarının balansında olan sosial obyektlər də yer alıb. 31 müəssisənin investisiya müsabiqə yolu ilə özəlləşdirilməsi nəzərə tutulub. Qalanları hərraclarda satılacaq.

Müsabiqə yolu ilə özəlləşdirilən müəssislərin 6-ı müxtəlif dövlət qurumlarının balansında olan obyektlərdir:

1. Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin Mehdi Hüseynzadə adına şəhər stadionu
2. “B.Sərdarov adına Maşınqayırma zavodu” TASC
3. “Azərətsüd” İcarə Topdan Satış Birliyi
4. “Gəncə Xalça Kombinatı” MMC
5. “Zeyxur” KSES
6. Şəkidə 6 saylı hamam

Nizamnamə kapitalında dövlətin payı olan 23 səhmdar cəmiyyət də investisya müsabiqəsinə çıxarılıb:

“Tibb Texnikasının Təmiri Zavodu” ASC
“Sabunçu Elmi İstehsalat və Maşınqayırma” ASC
“Bakı Teleqrafı” ASC
“Qasid” ASC
“Bakı Dəzgahqayırma” ASC
“AznefkimyamaşBalaxanı Maşınqayırma Zavodu” ASC
“Zabrat maşınqayırma zavodu” ASC
“Suraxanı Maşınqayırma Zavodu” ASC
“Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC
“Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu” ASC
“Azərnəqliyyatyoltikinti” ASC
“Azərşin” ASC
“Bakı Elektriktökmə” ASC
“Bakı Kondisioneri” ASC
“Yeni BEMZ” ASC
“H.Z.Tağıyev adına Toxucutikişsənaye Kombinatı” ASC
“Azərenerjitikintiquraşdırma” ASC
“Zabrat İstixana” ASC
“Bakı Elektroavtomat” ASC
“Bakı Məişət Maşınları” ASC
“Sumqayıt Tikinti Xidmət” ASC
“Ceyranbatan Dəmir Beton” ASC
“Mingəçevir Texniki Rezin” ASC
“Gəncə Qənnadı” ASC
“Cəlilabad Şərab” ASC

Qeyd edək ki, müsabiqədə əsas şərtlərdən biri iddiaçının şirkət üçün investisiya planının və müəyyən edilən məbləğin təqdim edilməsidir./Valyuta/