Prezident İlham Əliyev Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bununla bağlı President.az məlumat yayıb.
Qanuna əsasən, dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsinin gəlirləri 6 919 860 000 manat, xərcləri 6 919 860 000 manat məbləğində təsdiq edilir.