Dövlət Vergi Xidmətindən vergi ödəyicilərinə MÜRACİƏT

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət edib.

Yenicag.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin müraciətində deyilir:

“Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanununa edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılıb və artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür. Vergi ödəyiciləri cari ilin 11 avqust tarixinədək müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər”.