!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət xidmətindən açıqlama: Hərbi vəziyyət səfərbərliyin elan olunması deyil

!Reklam – Yazi

Bu gün səfərbərlik yox, ölkə ərazisində hərbi vəziyyət elan olunub.

Yenicag.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının şöbə rəisi, polkovnik Əjdər Babazadə keçirilən brifinqdə deyib.

“Səfərbərlik elan olunacağı halda, KİV, sosial şəbəkələr vasitəsi ilə elan olunacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir. Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcək”, – Babazadə bildirib.

 

www.yenicag.az

951
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv