“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə qanuna aşağıdakı məzmunda 11.4-cü maddə əlavə edilib:
“Dövlət zəmanəti ilə borc almaq üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar əsas borcalandan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi əsas borcalanın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya əsas borcalan tərəfindən təmin edilir”.