Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəmə tarixi təyin olundu

Dövlətə xəyanətdə təqsirləndirilən Ələkbərov Anar Vaqif oğlunun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Yenicag.az xəbər verir ki, məhkəmənin hazırlıq iclası iyulun 29-na təyin edilib.

Qeyd edək ki, A. Ələkbərov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər A. Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A. Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

A. Ələkbərov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

650
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM