!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Döyüşə keşişlər gedir: Rusiyada ruhanilərə də çağırış vərəqələri göndərilir

!Reklam – Yazi

Rusiyada elan olunan qismən səfərbərlik kampaniyası din adamlarını da əhatə edir.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətində keşişlərə çağırış vərəqələri və səfərbərlik bildirişləri göndərilib.

Bu barədə məlumatı vilayətdəki Kamenski yeparxiyasının nümayəndəsi Anna Kobeleva açıqlayıb.

O, səfərbərlik başlayandan bu yana çağırış vərəqəsi alan keşişlərin sayını isə qeyd etməyib.

Kobeleva əlavə edib ki, orduya çağırılan keşişlər hərbi əməliyyatlara cəlb olunmayacaqlar:

“Onlar döyüşlərdə iştirak etməyəcəklər. Keşişlər əllərində tüfəng deyil, xaç tuta bilərlər”.

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv