Döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir – VİDEO

Azərbaycan Ordusunda keçirilən təlimlərin planına uyğun olaraq döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılır.